Logo
news content
User
Kateqoriyalar

Xəbər

test
test

Avropa İttifaqı Azərbaycanla mina əleyhinə fəaliyyətdə əməkdaşlığın davam etdirilməsindən məmnundur. Bu barədə Avropa İttifaqının Azərbaycandakı səfiri Piter Mixalko cümə günü Avropa İttifaqının "Team Europe" təşəbbüsünün təqdimat mərasimində bildirib.

Avropa İttifaqı Azərbaycanın mina əleyhinə fəaliyyətdə ən böyük donorudur və 2020-ci ildən ölkəyə 10 milyon avro qrant ayırıb.

Avropa İttifaqı Azərbaycana yardımı genişləndirməyə hazırdır və bu il Azərbaycana maliyyə və digər yardım 13 milyon avroya çatdırılacaq, Mixalko deyib.

Avropa İttifaqı büdcəsindən maliyyələşmə ilə yanaşı, Avropa İttifaqı üzvü olan ölkələrdən də Azərbaycana minatəmizləmə tədbirləri üçün vəsait ayrılıb: Fransa (500 min avro), Belçika (250 min), Sloveniya və Estoniya (hər biri 50 min), Macarıstan (25 min avro), Mixalkov bildirib.

"Tean Europe" çərçivəsində Avropa İttifaqı Azərbaycana 2 milyon avro ayırmağa hazırdır, Almaniya, Fransa, Niderland və Xorvatiyadan da 3,75 milyon avro yardım gözlənilir,  səfir əlavə edib.

Mixalko Avropa İttifaqının birgə işini davam etdirmək niyyətində olduğu Azərbaycan Minalardan Təmizləmə Agentliyinin səmərəli işini qeyd edib. Avropa İttifaqı agentliklə birgə işi davam etdirmək niyyətindədir.

Mixalko bu sahədə fəal işinə görə Azərbaycanın ictimai, qeyri-hökumət təşkilatlarına təşəkkürünü bildirib, 2030-cu ilə qədər ərazilərin minalardan təmizlənməsi üzrə Dövlət Proqramını xatırladıb.

Öz növbəsində, Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev mina əleyhinə fəaliyytədə ölkənin Avropa İttifaqı ilə əməkdaşlığı davam etdirməyə hazır olduğunu bildirib. Ölkənin həm xarici maliyyələşməyə, həm də mütəxəssislər, texnika və təlim keçmiş itlərin köməyinə ehtiyacı var.

Onun sözlərinə görə, Azərbaycan Minalardan Təmizləmə Agentliyinin timsalında Azərbaycan digər ölkələrə ərazilərin minalardan və partlamamış mərmilərdən təmizlənməsində kömək edəcək.

Azərbaycan Minalardan Təmizləmə Agentliyinin rəhbəri Vüqar Süleymanov Azərbaycanın minalarla və partlamamış əşyalarla ən çox çirklənmiş ölkələr siyahısında olduğunu deyib.

"Fəaliyyətmiz zamanı 134 min hektar mina və təhlükəli əşyalardan təmizlənib. 119 min mina və mərmi zərərsizləşdirilib, onlardan 31 min piyada əleyhinə mina və 67 min digər partlamamış əşya olub. Ərazi kənd təsərrüfatının istifadəsi və əhalinin yaşaması üçün verilib.

O, Azərbaycan Minalardan Təmizləmə Agentliyinin maliyyələşdirilməsində iştiraka görə İtaliya, Almaniya, Macarıstan, Xorvatiya, Belçika, Fransa, Sloveniya və Estoniya hökumətlərinə təşəkkür edib.